<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Sənə alqış deyir ürəklərimiz,
 Ey Allahın Oğlu, uca Rəbbimiz!
 Sənsən bu günümüz, gələcəyimiz,
 Sənə alqış olsun, İsa, Rəbbimiz!
 Göylərdədir əbədi məskənimiz,
 Göylərin həsrətindədir qəlbimiz.
 Bizə yer hazırlar orda Rəbbimiz,
 Sənə minnətdarıq, İsa, Rəbbimiz!

[V2]
 Səninlə əbədi yaşamaq üçün ,
 Sənin cəlalını seyr etmək üçün,
 Müqəddəs Şəhərə sakin olmaqçün
 Can atırıq hər an, İsa, Rəbbimiz!
 Sənsən o Müqəddəs Şəhərin Nuru,
 Hamıdan izzətli, Allahın Oğlu!
 Müqəddəs Ruh bizi çatdırar ora,
 Sənə alqış olsun, İsa, Rəbbimiz!

[V3]
 Sənə alqış deyir ürəklərimiz,
 Şərəfə, şöhrətə layiq Rəbbimiz.
 Sənsən dayağımız, güvəndiyimiz,
 Sənə alqış olsun, şanlı Rəbbimiz!
 Sənin məhəbbətin sonsuz, ölçüsüz,
 İmanla yaşarıq, var ümidimiz.
 Bir gün Səni görəcək gözlərimiz
 Hamıdan qüdrətli, qalib Rəbbimiz!</lyrics>
<title>Sənə alqış deyir ürəklərimiz İL99</title>
<hymn_number>99</hymn_number>
</song>